• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Etna vulkanı yenidən püskürdü

DÜNYA

09 Fevral 2025 | 23:36

Etna vulkanı yenidən püskürdü

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın cənubunda, Siciliya adasındakı vulkanın “Yeni ağız” adlı kraterindən lava axını müşahidə edilib.

Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb.

Vulkanda sonuncu dəfə lava axını ötən ilin sentyabrında baş vermişdi.


SON XƏBƏRLƏR

12 Mart 2025