• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Avropa Parlamenti Moldovaya rekord məbləğdə yardım paketi ayırdı

DÜNYA

11 Mart 2025 | 20:58

Avropa Parlamenti Moldovaya rekord məbləğdə yardım paketi ayırdı

Avropa Parlamenti Moldova İslahat və İnkişaf Fondunun yaradılmasını dəstəkləyib. Fond ölkənin Aİ ilə yaxınlaşmasının sürətlənməsi məqsədilə əsas sosial-iqtisadi və fundamental islahatların aparılmasına 1.9 milyard avro maliyyə yardımı təqdim edəcək.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, çərşənbə axşamı Strasburqda keçirilmiş sessiya iclasında Avropa Parlamentinin 499 deputatı qərarın qəbul olunmasının lehinə, 117 nəfər əleyhinə səs verib, 44-ü isə bitərəf qalıb.

“Rusiya – Ukrayna müharibəsi Moldovanın təhlükəsizliyinə, iqtisadiyyatına və əhalisinin həyat fəaliyyətinə mənfi təsirini, o cümlədən bu ölkəyə və onun demokratik institutlarına qarşı həyata keçirilən görünməmiş hibrid hücumları nəzərə alaraq, fondun Moldovaya vaxtında dəstək göstərməsi məqsədəuyğundur”, - deyə Avropa Parlamentinin fondun yaradılmasının reqlamentində qeyd olunub.

İslahat və İnkişaf Fondu 2024-cü ilin oktyabrında Avropa Komissiyası tərəfindən təklif olunmuş Moldovanın Xüsusi İnkişaf Planının 2025-2027-ci illər üçün əsas elementidir. Bu plan Aİ-yə doğru irəliləmə sürətini artırmaq məqsədilə Moldovanın aparmalı olduğu fundamental islahatları özündə ehtiva edir. 1.9 milyard avro məbləğində maliyyə dəstəyi Moldova hökumətinin istəyi ilə və Avropa Komissiyası tərəfindən bütün müvafiq tələblərin yerinə yetirilməsi yoxlanıldıqdan sonra ildə iki dəfə veriləcək.

Bu, müstəqillik əldə edəndən bəri Aİ-nin Moldovaya ayırdığı ən böyük yardım paketidir.


SON XƏBƏRLƏR

11 Mart 2025