• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Yel çərşənbəsində 22 mindən çox ağac əkilib

CƏMİYYƏT

11 Mart 2025 | 16:02

Yel çərşənbəsində 22 mindən çox ağac əkilib

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisinin meşə fondu torpaqlarında 22 740 ədəd müxtəlif növ ağac tingi əkilib, 200 kiloqrama yaxın toxum səpilib.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

"Bu gün meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib",- məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

11 Mart 2025