• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Mask: Bayden dövründə ABŞ 500 milyard dollar itirdi

DÜNYA

11 Mart 2025 | 16:52

Mask: Bayden dövründə ABŞ 500 milyard dollar itirdi

ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib. 

Bakıvaxtı.az "Fox Business"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask açıqlama verib.

ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarını şərh edən Mask bildirib ki, Bayden administrasiyası sayəsində hökumət xərclərini yarım trilyon dollar itirib. 

"Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask deyib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

11 Mart 2025