• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Trabzonspor" Fatih Təkkəyə tapşırıldı

İDMAN

11 Mart 2025 | 18:42 | Müəllif: Subhan Mahmudov

"Trabzonspor" Fatih Təkkəyə tapşırıldı

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, klubun rəsmi saytı  Fatih Təkkə ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.

O, “Trabzonspor”un baş məşqçisi postunda martın 10-da klubla yollarını ayıran Şenol Güneşi əvəz edib.

Təkkə futbolçu karyerasına başladığı “Trabzonspor”da çıxdığı 239 matça 104 qol vurub. 11 il formasını geyindiyi komandanın kapitanlığına yüksələn Fatih bir dəfə bombardiri olduğu Qara dəniz təmsilçisində üç dəfə Türkiyə kubokunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026