• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Federasiya prezidenti güləşçiyə “satqın” dedi - VİDEO

İDMAN

10 Aprel 2025 | 10:20

Federasiya prezidenti güləşçiyə “satqın” dedi - VİDEO

Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən osetin əsilli güləşçi Çermen Valiyevə medal verərkən onu “satqın” adlandırıb. 

Federasiya rəsmisi əsəbi şəkildə medalı idmançının boynundan asıb. Ç.Valiyev də buna etirazını bildirib. 

Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qayzumov da rusiyalı nümayəndəyə öz etirazını bildirib. Nəticədə ara qarışıb və qalmaqal paltardəyişmə otağına qədər davam edib. 

Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.


SON XƏBƏRLƏR