• Bakı 15° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Futbolçu qapıçı ilə toqquşmadan sonra vəfat etdi

İDMAN

10 Aprel 2025 | 14:15

Futbolçu qapıçı ilə toqquşmadan sonra vəfat etdi

Peruda 21 yaşlı futbolçu Helar Qonsales Altamirano matç zamanı qapıçı ilə toqquşmadan sonra faciəvi şəkildə vəfat edib.

Bakıvaxtı.az “Mirror”a istinadən xəbər verir ki, hadisə ölkə kuboku matçında yaşanıb.

“Real Titan”ın formasını geyinən futbolçu “Defensor” komandası ilə matçın 70-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq başından ağır zədə alıb. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümünə başındakı damarın yırtılmasının səbəb olduğu bildirilib.


SON XƏBƏRLƏR

17 Aprel 2025