• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

ÇL-da həftənin ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

İDMAN

10 Aprel 2025 | 09:45

ÇL-da həftənin ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bakıvaxtı.az Avropa futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Deklan Rays ("Arsenal"), Alessandro Bastoni ("İnter"), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski ("Barselona") iddia edirlər.

D.Rays Londonda İspaniyanın "Real" kollektivinə qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atıb. Levandovski Dortmund "Borussiya"sını məğlub etdikləri (4:0) qarşılaşmada eyni sayda qol vurub. Kvaratsxeliya doğma meydanda İngiltərənin "Aston Villa" komandasını üstələdikləri (3:1) görüşdə adını tabloya yazdırıb. Bastoni isə Almaniyada "Bavariya"nı yendikləri (2:1) matçda müdafiədə etibarlı oyunu ilə seçilib.

Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.


SON XƏBƏRLƏR

15 Aprel 2025