• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Qarayazı qoruğundakı yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

11 Mart 2025 | 17:53

Qarayazı qoruğundakı yanğın söndürülüb - YENİLƏNİB

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    ***

    17:23

    Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.

    Bakıvaxtı.az xəbər verir ki, 10 hektara yaxın meşə ərazisi yanıb.

    Belə ki, meşənin yaxınlığında anidən yanğın olub. Yanğın tədricən meşə ərazisinə keçib.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb, meşənin qalan hissəsi yanğından mühafizə edilib.

    ***

    16:02

    Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

      Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

      Əlavə məlumat veriləcək.


      SON XƏBƏRLƏR

      11 Mart 2025