• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Gənc yaşda hipertoniyaya səbəb olan SƏHV

CƏMİYYƏT

11 Mart 2025 | 16:05

Gənc yaşda hipertoniyaya səbəb olan SƏHV

Yeniyetməlikdə müntəzəm olaraq yuxudan məhrum olmaq hipertoniya (qan təzyiqinin artması) xəstəliyinə tutulma riskini üç dəfə, yuxu problemlərini isə beş dəfə artırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pensilvaniya Universitetinin Tibb Mərkəzinin alimləri müəyyən ediblər.

Məlumata görə, tədqiqatda müxtəlif yuxu pozğunluqlarından əziyyət çəkən 400-dən çox sağlam yeniyetmə və gənc iştirak edib.

Belə ki, şəxslər polisomnoqrafiyadan (baş və bədəndəki sensorlar vasitəsilə müxtəlif yuxu parametrlərinin ölçülməsi) keçmək üçün laboratoriyaya dəvət edilib. Ardıcıl olaraq onların üç dəfə qan təzyiqi ölçülüb.

Nəticələr göstərib ki, yuxu problemi olan və 7,7 saatdan az yatan yeniyetmələrdə klinik hipertoniya riski 5 dəfə artıb. Yuxusuzluq olmadan normal yuxu məhrumiyyəti olan iştirakçılar, kifayət qədər yuxu alanlara nisbətən anormal dərəcədə yüksək qan təzyiqinə malik olma ehtimalı üç dəfə çox idi.

Alimlər izah edib ki, yuxusuzluqdan şikayət edən yeniyetmələrin hamısı ürək-damar xəstəlikləri riski altında deyil, lakin yuxunun obyektiv monitorinqi risk altında olanları müəyyən etməyə kömək edə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025