• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Nazirlikdə YENİ TƏYİNAT

CƏMİYYƏT

11 Mart 2025 | 18:32 | Müəllif: Subhan Mahmudov

Nazirlikdə YENİ TƏYİNAT

Elm və Təhsil Nazirliyində yeni təyinat baş tutub.

Bakıvaxtı.az  Modern.az-a istinadən xəbər verir ki,  bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Xəqani Qurbanov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, Bakı Slavyan Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2016-cı illərdə Kürdəmir rayon ümumi təhsil müəssisələrində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, rayon təhsil şöbəsində metodist, aparıcı məsləhətçi, müdir vəzifələrində çalışıb. 

2016-cı ildən Daxili nəzarət şöbəsində baş mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR