• Bakı 12° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək

CƏMİYYƏT

11 Mart 2025 | 22:28

Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək

Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

    O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanı könüllüdür.

    "Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər", - o bildirib.

    Xatırladaq ki, növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək.


    SON XƏBƏRLƏR

    11 Mart 2025