"Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitdikdən və Rusiya ilə sülh sazişi imzalandıqdan sonra hakimiyyəti itirməkdən qorxur".
Bakıvaxtı.az Almaniyanın "Focus" jurnalına istinadən xəbər verir ki, bunu Şərqi Avropa üzrə mütəxəssis Alexander Libman deyib.
Onun fikrincə, Ukrayna prezidenti ölkədə keçiriləcək seçkilərdə böyük çətinliklərlə üzləşəcək. Çünki Zelenski hələ də xalqına verdiyi vədləri yerinə yetirməyib və bu məqsədlərin bir çoxuna nail olunmayıb.
"Zelenski yalnız Rusiya ilə düşmənçilik davam etdikcə hakimiyyətdə qala bilər. Müharibə Ukraynada hakimiyyətin indiki prezidentin əlində görünməmiş şəkildə cəmləşməsinə gətirib çıxarır. Zelenski mediaya da nəzarət edir. Münaqişənin sonu gücün bu konsentrasiyasının sona çatmasına gətirib çıxaracaq", - deyə Libman qeyd edib.
Gülşən Şərif