• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

ATƏT Baş katibi Moskvaya səfər edib

DÜNYA

11 Mart 2025 | 17:12

ATƏT Baş katibi Moskvaya səfər edib

ATƏT-in Baş katibi 2021-ci ildən bəri ilk dəfə Moskvaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, ATƏT Baş katibi Feridun Sinirlioğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.

Lavrov və Sinirlioğlu Ukraynada nizamlanma, ATƏT-in Avrasiya təhlükəsizlik arxitekturasında mümkün iştirakı və Ukrayna münaqişəsi zonasında jurnalistlərin vəziyyətini müzakirə ediblər.

Rusiya XİN başçısı Ukraynada sülhməramlıların yerləşdirilməsi ideyasını yenə tənqid edib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin nizamlanmanı istəmədiyini bildirib.

Lavrov həmçinin Suriyadakı vəziyyət barədə danışıb. O vurğulayıb ki, Moskva Suriyada zorakılığın baş verməsini qəbuledilməz və Suriya hakimiyyətinin vədlərini pozduğunu hesab edir.

ATƏT-in Baş katibinə Ukrayna PUA-larının Moskva vilayətinə kütləvi hücumunun nəticələri göstərilib.


SON XƏBƏRLƏR

11 Mart 2025