• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağ Ev ABŞ-Ukrayna danışıqlarını müsbət qiymətləndirib

DÜNYA

11 Mart 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

Ağ Ev ABŞ-Ukrayna danışıqlarını müsbət qiymətləndirib

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət və məhsuldar olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ciddə şəhərində keçirilən danışıqlar başa çatıb. Hər iki tərəf müzakirələrin yekunları ilə bağlı birgə bəyanat təqdim edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR