• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Diplomatik pasport sahibləri üçün viza tələbi ləğv ediləcək

SİYASƏT

11 Mart 2025 | 15:22

Diplomatik pasport sahibləri üçün viza tələbi ləğv ediləcək

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Şimali Makedoniya və Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Qordana Silyanovska-Davkova bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq:

"Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyətdir və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik".


SON XƏBƏRLƏR

11 Mart 2025