• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Səudiyyə Ərəbistanının vəliəhdi Marko Rubio ilə görüşüb

SİYASƏT

11 Mart 2025 | 15:02 | Müəllif: Gülşən Şərif

Səudiyyə Ərəbistanının vəliəhdi Marko Rubio ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ciddəyə gələn ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. 

Bakıvaxtı.az Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinə (SPA) istinadən xəbər verir ki, vəliəhd şahzadə və dövlət katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirib, beynəlxalq və regional təhlükəsizliyə nail olmaq üçün səyləri müzakirə ediblər.

Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həll olunacağına və yeni anti-Rusiya sanksiyalarına ehtiyac qalmayacağına ümid edir. O, həmçinin bildirib ki, Kiyevə yardımın çatdırılmasının bərpası Ciddə danışıqlarının nəticəsindən asılı olacaq. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026