Fransız brendi "Coperni"nin cins şalvarları dizaynına görə internetdə ələ salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, məşhur bloger Kristi Sara birayaqlı cins şalvarını izləyicilərə nümayiş etdirib və milyonlarla baxış qazanıb.
Videoda blogerin həyat yoldaşı şalvarı “Bunları heç kim geyinməyəcək” sözləri ilə qiymətləndirib. İzləyicilər də bu fikirlə razılaşıblar.
Sözügedən cins şalvar modelini ilk dəfə ötən ilin oktyabrında Koperni şousu zamanı podiuma çıxan model Amelia Qrey ictimaiyyətə təqdim edib.
Şalvarın qiyməti 440 dollardır və hazırda brendin saytında bütün ölçülərdə satılır.
Mina Mikayılova