Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında dava olub.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə tibb bacıları arasında növbə dəyişərkən baş verib. Xəstəxananın tibb bacısı Elnurə Məmədova iş yoldaşı Mahirə Abdiyeva ilə mübahisə edib. Mübahisə zamanı Elnurə Mahirəni vuraraq ona xəsarətlər yetirib. Həmin vaxt Mahirə Abdiyeva da Elnurəyə zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edərək məhkəməyə göndəriblər.
Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə tibb bacıları arasında barışıq elan olunub. Məhkəmə işə xitam verib.
Bakı 



