• Bakı 10° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Prezident: “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək

SİYASƏT

09 Dekabr 2025 | 16:03

Prezident: “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək

Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə görə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dekabrın 8-də Bratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafət zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

    "Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir", - dövlət başçısı qeyd edib.


    SON XƏBƏRLƏR