• Bakı 10° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Metro "Qarabağ"ın oyunu ilə əlaqədar gecə saat 1-ə qədər işləyəcək

CƏMİYYƏT

09 Dekabr 2025 | 14:56

Metro Qarabağın oyunu ilə əlaqədar gecə saat 1-ə qədər işləyəcək

"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən bildirilib.

Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq", - məlumatda deyilir.


SON XƏBƏRLƏR