• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq

CƏMİYYƏT

11 Mart 2025 | 15:47

Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.


SON XƏBƏRLƏR

11 Mart 2025