Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı uşağın vəziyyəti sabitləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən “Report”un sorğusuna verilən cavabda bildirilib.
Qeyd olunub ki, 2025-ci il aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.
Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
***
12:05
Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya edilən 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıtda küçə itlərinin hücum etdiyi şəxslərdən 1-i 1995-ci il təvəllüdlü qadın, 5-i isə 2010, 2015, 2017, 2019 və 2020-ci il təvəllüdlü uşaqlardır.
Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.
Hazırda xəstəxanada müalicəsi davam edən 2020-ci il təvəllüdlü uşaq istisna olmaqla, hücuma məruz qalan digər şəxslər evə buraxılıb.