Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində baş verən böyük yol qəzası nəticəsində 12 nəfər həlak olub, 45 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP agentliyi xəbər verir.
Məlumata görə, avtobus əsas hava limanının yaxınlığında şosedə aşıb. Qəzada başqa avtomobillər iştirak etməyib.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.