Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstana rəsmi səfər edəcək.
Bakıvaxtı.az bu barədə Qırğızıstan mediasına istinadla xəbər verir.
Belə ki, Qırğızıstan Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin rəhbəri Muratbek Əzimbakiyev açıqlamasında danışıqların sonunda S.Caparov və E.Rəhmonun Birgə Bəyannaməni qəbul edəcəyini qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında dövlət sərhədi haqqında saziş və digər sənədlərin imzalanacağı, o cümlədən, sərhəd probleminin həll ediləcəyi gözlənilir.
Əli Hüseynov