• Bakı 12° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Sosial şəbəkələrdə "ağ ölüm"ün açıq şəkildə alveri gedir - VİDEO

CƏMİYYƏT

11 Mart 2025 | 23:42

Sosial şəbəkələrdə ağ ölümün açıq şəkildə alveri gedir - VİDEO

"Tik Tok" platformasında hesab açaraq psixatrop maddələrin satışını həyata keçirirlər.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, səhifə idarəçiləri əllərində müxtəlif növ vasitələrin olduğunu bildirirlər. Ünvan olaraq da Binəqədi, Keşlə, Əhmədli, Nərimanov və bəzi məkanların adları qeyd edilir. Narkotik maddənin qoyulduğu ərazilər də işarələnir və səhifələrdə paylaşılır.

İstifadəçilərin yazdıqları rəylərə verilən cavablarda çatdırılmanın da mümkün olduğu bildirilir.

Biz də səhifənin mesaj bölməsinə yazaraq məsələnin nə dərəcədə real olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, qiymət məhsuldan asılı olaraq dəyişir. 1 saata da istənilən ünvana çatdırılır.

Daxili İşlər Nazirliyindən bildirildi ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır. 

Daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

11 Mart 2025