• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Ərdoğan Yunanıstan barədə: “Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil”

DÜNYA

26 Sentyabr 2022 | 19:49

Ərdoğan Yunanıstan barədə: “Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil”

“Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

O, bildirib ki, Türkiyə öz hüquq və mənafelərini müdafiə etmək üçün əlində olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək.

“Yunanıstanı bizim səviyyəmizə yüksəltmək üçün nə hərbi, nə də siyasi və iqtisadi yardımlar yetərli deyil, ancaq bunlar Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir. Yunanıstanın hər yerində işğalçı kimi görünən xarici hərbi birləşmələr bizi deyil, əslində yunan xalqını narahat etməlidir.

Biz Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.


SON XƏBƏRLƏR