• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paşinyan Soçiyə gedəcək?

DÜNYA

26 Oktyabr 2022 | 17:09

Paşinyan Soçiyə gedəcək?

Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.

Bakıvaxtı.az   xəbər verir ki, o, bu barədə "hökumət saatı”nda çıxışı zamanı deyib.

“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.

O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026