“Pençe Kılıç” anti-terror əməliyyatında məhv edilən terrorçuların sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar məlumat yayıb. O, əməliyyat nəticəsində 326 terrorçunun öldürüldüyünü deyib.
Akar həyata keçirilən anti-terror əməliyyatının Türkiyənin sabitliyinə və təhlükəsizliyinə hesablandığını qeyd edib.
Səbuhi Elnur
















