• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkədə ölüm hökmü ləğv edildi

DÜNYA

24 Dekabr 2022 | 21:59 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə ölüm hökmü ləğv edildi

Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.

Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.

Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026