• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar

DÜNYA

23 Yanvar 2023 | 21:29 | Müəllif: Subhan Mahmudov

İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar

İsveçdə İslamın müqəddəs kitabı Qurani-Kərimin yandırılması qalmaqalından sonra daha bir hadisə yaşanıb.

Bakıvaxtı.az bildirir ki, Hollandiyada İslam əleyhdarı, "Pegia" qrupunun lideri Edvin Vagensveld Quranı əvvəl ayaqlayıb, daha sonra bir-bir vərəqlərini cıraraq yandırmağa başlayıb.

Hadisə zamanı təhlükəsizlik tədbirləri alan polisin baş verənlərə müdaxilə etməməsi bütün dünyada təəssüf hissi yaradıb.

Görüntülərdə "Pegia" qrupunun lideri Quranı yırtdıqdan sonra qazana qoyaraq yandırmağa başlayır. Ən təsirlisi ətrafdakıların ona müdaxilə etməməsi olub.

Vagensveld bu etirazların bitmədiyini və davam edəcəyini xüsusi vurğulayıb. /qaziler.az 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR