• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

DÜNYA

22 Fevral 2023 | 20:52 | Müəllif: Subhan Mahmudov

Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

Türkiyədə güclü zəlzələlərdən sonra 340-dan çox adam qarət və tikinti qaydalarını pozmaqda ittiham edilərək nəzarətə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları tikinti qaydalarını pozmaqda şübhəli bilinən 564 nəfəri müəyyən edib. Onlardan 160-ı artıq həbs edilib.

Eyni zamanda, 282 nəfər talançılıqda şübhəli bilinir, onlardan 181-i artıq nəzarətə götürülüb. 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verib. Daha sonra, fevralın 20-də Suriya və Türkiyə sərhədində 6,3 bal gücündə növbəti təkan baş verib. Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 42 mini keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR