Hollandiyanın paytaxtı Amsterdamda təmizlik işçilərinin tətili davam edir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, kollektiv müqavilədəki artımın yaxşılaşdırılması tələbi ilə keçirilən tətil səbəbiylə küçələrdə zibil yığınları yaranıb.
Tətillə əlaqədar paytaxtın bir çox küçə və meydanlarında zibil qutularının daşması müşahidə olunarkən, şəhər sakinləri də bu vəziyyətdən şikayətləniblər.
Bəzi amsterdamlılar zibillərin yığıldığı yerlərdə 20-27 fevral tarixlərində zibillərin yığılmayacağını bildirən xəbərdarlıq lövhələri asaraq insanlardan bir həftə çölə zibil atmamağı xahiş ediblər.
Nuranə
















