• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avropanın narkotik paytaxtı açıqlandı

DÜNYA

24 Mart 2023 | 16:25 | Müəllif: Subhan Mahmudov

Avropanın narkotik paytaxtı açıqlandı

Avropada narkotikdən istifadə artmaqdadır. Ən yüksək artım göstəriciləri isə Belçikadadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) məlumat yayıb.

Məlumata görə, kanalizasiya sularında ən çox narkotik izlərinin tapıldığı yerlərin siyahısına növbəti dəfə Antverpen başçılıq edib. Tədqiqatçılar narkotikdən istifadənin Antverpendə 50%, Brüssel və Amsterdamda isə təxminən 28% artdığını təxmin edirlər.

2011-ci ildən etibarən EMCDDA şəhər kanalizasiyalarını təhlil edərək Avropada narkotik istifadəsini araşdırır. 2022-ci ildə müxtəlif maddələrin istifadəsini ölçmək üçün mart-aprel ayları arasında 104 şəhərdə nümunələr götürülüb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR