• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

DÜNYA

23 Aprel 2023 | 14:27 | Müəllif: Subhan Mahmudov

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Misir səfirliyinin bir əməkdaşı güllə yarası alıb və bu, Sudandakı vətəndaşlarımızın və nümayəndəliyimizin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum diqqət göstərməyin zəruriliyini bir daha təsdiqləyir", - XİN-in bəyanatında deyilir.

Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026