• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi

DÜNYA

24 Mart 2023 | 17:36 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi

İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ obyektinə hücum Mayadin şəhəri yaxınlığındakı Eyn Əli bölgəsindən həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan hədəflərə bir sıra hava zərbələri endirdiyi barədə məlumat yaymışdı. Bunun səbəbi martın 23-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına PUA hücumu olub. Hücum nəticəsində 1 müqaviləli amerikalı hərbçi ölüb, 5 hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi isə yaralanıb./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR