• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Ərdoğanın Azərbaycana səfəri beynəlxalq əhəmiyyət daşıyır” - Musa Qasımlı

SİYASƏT

13 Iyun 2023 | 12:46 | Müəllif: Qalib İbrahimoğlu

“Ərdoğanın Azərbaycana səfəri beynəlxalq əhəmiyyət daşıyır” - Musa Qasımlı

“Türkiyə Cumhuriyyəti prezidenti seçildikdən sonra Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini ölkəmizə etməsi Azərbaycan Respublikasının Türkiyənin xarici siyasətində tutduğu yerin böyüklüyünü, əhəmiyyətini göstərir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dünyanın 20 böyük ölkəsində biri olan Türkiyənin Azərbaycanla münasibətilərinin inkişafının indiyə qədər toplanmış böyük təcrübəsi və gözəl perspektivləri var. Deputat bildirib ki, həm ikitərəfli, həm də çoxtərəfli formatda Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf edir.

"Toplanmış təcrübə göstərir ki, ölkələrimiz bərabər hərəkət etdiyi zaman qarşılarına qoyduqları bütün məqsədlərə nail ola bilirlər. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri əhəmiyyətinə görə iki ölkə arasında münasibətlərin çərçivəsini aşır. Regional və beynəlxalq əhəmiyyət kəsb edir", - deyə M.Qasımlı qeyd edib.

Deputat bildirib ki, Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq üçün zəruri olan məsələlərin həlli bu gün gündəmdədir. Bu səfər türk dünyasına da müsbət təsir edir: "Türk dövlətləri təşkilatının fəaliyyətinə yeni güc qatacaq. Hesab edirəm ki, səfər qonşuluğumuzda gedən müharibə səbəbindən beynəlxalq əhəmiyyət daşıyır”.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026