"Qarabağda intensiv hal alan təxribatlar Cənubi Qafqazda sülhün olmasını istəməyən, daha doğrusu bölgədəki əmin-amanlığı öz imperiya ambisiyalarına təhlükə hesab edən Rusiya və Fransanın maraqlarına cavab verir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Həsrət Rüstəmov deyib.
Analitik bildirib ki, ermənilər həmişə böyük güclərin əlində alət olmağa həvəslə razı olublar:
"Bu gün də ermənilərin bir hissəsi səhvən hesab edir ki, bölgədə gərginliyin qalması onların milli maraqlarına daha çox uyğundur. Amma milli maraqlarımız tələb edir ki, bölgədə davamlı sülh olsun. Ona görə də ermənilərin əli ilə bölgədə yeni destabilizasiyanı dərinləşdirməyə səbəb olacaq addımlardan çəkinməliyik. Əks halda bizə düşmən qüvvələrin planına dəstək vermiş olarıq”.
Onun sözlərinə görə, əsgərimizin yaralanması ilə nəticələnən son təxribat da sübut edir ki, sülh müqaviləsi tezliklə imzalanmalı, sərhədlər müəyyənləşməli və regional istisadi layihələr başlanmalıdır.
“Zaman keçdikcə, bu proses daha da yeni çətinliklərlə qarşımıza çıxa bilər", - deyə Həsrət Rüstəmov vurğulayıb.
Qeyd edək ki, iyulun 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərimizi atıcı silahlardan atəşə tutublar. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseyn Abdullayev Hüseyn yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
İyulun 12-si saat 13:50-dən 17:00-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Aydın Baxış



jpeg-1691763713.webp)












