• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın müşaviri: İsveç NATO-ya üzv olmaq üçün ciddi addımlar atıb

DÜNYA

28 Dekabr 2023 | 00:12 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın müşaviri: İsveç NATO-ya üzv olmaq üçün ciddi addımlar atıb

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç "TRT Haber" telekanalının efirində bildirib.

"İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq", - Kılıç bildirib.

Dekabrın 26-da Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası səs çoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Sənəd Baş Assambleyanın səsverməsinə çıxarılıb.

R.T.Ərdoğanın müşavirinin sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü bütövlükdə Türkiyə parlamenti deyəcək./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026