• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq

DÜNYA

26 Yanvar 2024 | 21:30 | Müəllif: Subhan Mahmudov

Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq

Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.

Bakıvaxtı.az-a AMEA-dan verilən məlumata görə, bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə deyib.

A.Saidov qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR