• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

"Erməni silahlı dəstələri Azərbaycan ərazilərini tam tərk etməyib" - Nazir

SİYASƏT

24 Noyabr 2022 | 17:21

Erməni silahlı dəstələri Azərbaycan ərazilərini tam tərk etməyib - Nazir

Ermənistan üçtərəfli bəyanata uyğun öhdəliklərini tam yerinə yetirmir. Bu, qəbuledilməzdir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar da 2021-ci ildə istehsal olunub.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.

“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.

Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.


SON XƏBƏRLƏR