• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sadır Japarov İlham Əliyevi təbrik etdi

SİYASƏT

24 Dekabr 2022 | 17:20

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, bu il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin, Azərbaycan Prezidentinin isə Qırğızıstana dövlət səfərinin əlaqələrimizin genişlənməsinə verdiyi töhfə vurğulanıb. Prezident İlham Əliyev dövlət səfəri zamanı nümayiş etdirilən yüksək qonaqpərvərliyə və səmimi dostluq münasibətinə görə Sadır Japarova bir daha minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026