• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO

SİYASƏT

22 Yanvar 2023 | 22:49 | Müəllif: Qalib İbrahimoğlu

20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO

Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi İzmirdə Atatürk Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 33 illiyi ilə bağlı tədbir keçirib.

Bakıvaxtı.az xəbər verir ki, anım tədbirindən əvvəl şəhidlərin xatirəsinə ehsan olaraq cay süfrəsi acılıb.

Sonra 20 yanvarla bağlı filim nümayiş etdirilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, İzmir Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna 20 yanvar faciəsi barədə geniş məlumat verib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının qadın qollarından məsul sədr müavini, Azərbaycan Biznes və Peşəkar Qadınlar Assosiasiyasının prezidenti Belkıs Orcalı Yakıcıda o günlərlə bağlı xatirələrini bölüşüb.

İctimai fəal  Nigar Ögeday 20 yanvarın Azərbaycanın yenidən diriliş günü olduğunu qeyd edib: "Hər şeyə görə  o gecə şəhid olan oğullarımıza borcluyuq.

Hər zaman millət davasında xalqının yanında olan sənətçi Roza İbadova şəhidlərimizə həsr olunan şeirlər səsləndirərək hər kəsi duyğulandırıb.

Sonda İzmirdə müalicə alan  44 günlük Vətən müharibəsinin qazisi Şirin Ramizov ve digər iştirakcılara 20 yanvar şəhidlərinin xatirəsinə hazırlanmış plaket verilib.

Murad Məmmədli


20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO20 Yanvar şəhidləri İzmirdə anıldı -FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR