• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilər “cəsarət”i kim(lər)dən alırlar: "Dəmir yumruğa" yenidən ehtiyac var

GÜNDƏM

16 Avqust 2023 | 12:41 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər “cəsarət”i kim(lər)dən alırlar: "Dəmir yumruğa" yenidən ehtiyac var

"Ermənilər 44 günlük müharibədən ötən 3 illik zaman ərzində sanki bir qədər dirçəliblər. Baş verən proseslərdən özlərinə gəliblər".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Analitik vurğulayıb ki, hələ də Qarabağda ermənilərin qanunsuz silahlı birləşmələri qalmaqdadır: "Qarabağdakı silahlı dəstələr Rusiya sülhməramlı qüvvələrinə güvənərək orada qalıblar. Bir neçə ay öncə Qafanda İranın konsulluğu açıldı. Sentyabr ayında ruslar da Qafanda konsulluğun açılışını edəcək. Amerikalı rəsmi Nensi Pelosinin İrəvana səfəri, Fransa prezidenti Emmanurl Makronun dəstəyi, Hindistanın Ermənistana silah-sursat dəstəyi ermənilərdə ümid yaradıb. Yenə də ermənilər elə fikrə düşüblər ki, dünya onları Azərbaycanla tək, üz-üzə qoymayacaq. Ona görə də "cəsarətlənərək" bu cür provokasiyalara əl atırlar. Onların "cəsarətlərinin" yenidən qorxuya, təşvişə çevrilməsi üçün Azərbaycan tərəfi qətiyyətli addımlar atmalıdır”.

Müsahibimiz hesab edir ki, Qarabağ və Zəngəzur istiqamətində çox ciddi hərəkətlərə ethiyac var. Onun sözlərinə görə, ötən il Azərbaycan Ordusu Zəngəzurda mühüm strateji yüksəklikləri ələ keçirdi. Ermənilər bundan ciddi qorxuya düşmüşdülər. Çünki müharibə özlərinin saydığı ərazilərə sıçramışdı: “Bu qorxunu zaman-zaman ermənilərə daddırmaq lazımdır. Görünür, Qarabağda, Xankəndində separatçıların başına PUA-lar düşmədiyi müddətcə, ağıllanmayacaqlarr. Məğlubiyyətin ağrı-acısını yavaş-yavaş unutmağa başlayırlar”.

Əhəd Məmmədli: Onların "cəsarətlərinin" yenidən qorxuya çevrilməsi üçün Azərbaycan qətiyyətli addımlar atmalıdır

Ə.Məmmədli bildirib ki, yekun sülh də hərbi güc tətbiq etməkdən keçir. “Erməniləri sülhə, danışığa məcbur etmək üçün yenidən "Dəmir yumruğa" ehtiyac var. İl tamamlanmadan məcburedici addımlar atılmalıdır. Ən azından Xankəndi və ətraf bölgəyə nəzarəti əlimizə almalıyıq", - deyə Əhəd Məmmədli vurğulayıb.

Qeyd edək ki, Ermənistan tərəfi Laçın istiqamətində şərti sərhədlərin yaxınlığında hərbi texnika, silah-susat cəmləyir. Bu barədə görüntülər yayılıb. Paralel olaraq Qarabağdakı qanunsuz silahlı birləşmələrinin silahlandırılması və torpaqlarımızda müdafiə istehkamları qurulması ilə bağlı xəbərlər yayılıb. Həmçinin, Naxçıvan və Kəlbəcər istiqamətində ermənilər mövqelərimizi intensiv atəşə tutublar.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026