• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Separatçılar Qarabağdan qaçır: Paşinyan yaşananlardan narahatdır

GÜNDƏM

14 Sentyabr 2023 | 13:27 | Müəllif: Qalib İbrahimoğlu

Separatçılar Qarabağdan qaçır: Paşinyan yaşananlardan narahatdır

Son günlər Ermənistanın Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri müxtəlif adlarla kütləvi şəkildə Xankəndini tərk edirlər. Görünür, İrəvan 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Həmçinin, Qarabağdakı "generallar”ın da Ermənistana qaçması ilə bağlı xəbərlər yayılır. Bloger Roman Baqdasaryan da erməni cəmiyyətinə müraciət edərək, "Qarabağ klanı"nın nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danışıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş separatçıların Qarabağı tərk etməsinə imkan vermək olmaz.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı qətllərdə əli olan, müxtəlif təxrbatlarda iştirak etmiş separatçıların Qarabağdan qaçaraq cəzasız qalması yolverilməzdir: "Azərbaycan bu məsələyə nəzarəti gücləndirməlidir. Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin əsas missiyası bundan ibarət olmalıdır ki, separatçıların, erməni qatillərinin və terrorçuların qaçışına mane olsunlar. Cinayətkarların ad-soyadı, əlamətləri Azərbaycanın müvafiq orqanlarına bəllidir. Hamısı haqqında kifayət qədər məlumatlar var”.

Müsahibimiz deyib ki, separatçılarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bir qisim deyir ki, artıq orada qalmağın mənasız olduğunu anlayırlar və qaçıb canlarını qurtarmağa çalışırlar. Azərbaycanda ədalət məhkəməsinə çıxmaqdan qorxurlar. Digər yandan iddia olunur ki, separatçıları Qarabağdan Ermənistana daşımaqla İrəvanda siyasi oyunlara çəkmək, bəlkə də çevrilişə cəhd etmək istəyirlər.

A.Nağıya görə, ilk versiya daha ağlabatan görünür: “Ümumən, bölgədə yaşananlara Rusiyanın nəzarət etdiyi aydındır. Qarabağdakı terrorçu rejimin "rəhbəri”ni də dəyişdilər. Bunun da Moskvanın diktəsi ilə baş verdiyini deyirlər. Nikol Paşinyanın separatçı Araik Arutyunyan haqqında dedikləri, separatçıların yeni "rəhbəri" Samvel Şahramanyanı "təbrik etməməsi" də göstərdi ki, Qarabağda yaşananlar baş naziri narahat etməkdədir. Paşinyan Qarabağdakı dəyişikliyin özünə qarşı istifadə ediləcəyindən ehtiyatlanır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026