• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Araik həbsxanada nə istəyib? – Vəkili danışdı

GÜNDƏM

14 Oktyabr 2023 | 09:30 | Müəllif: Subhan Mahmudov

Araik həbsxanada nə istəyib? – Vəkili danışdı

Araikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri  Araik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

O bildirib ki, Araikin müdafiəsi üçün hər bir şərait yaradılıb.

“Kitab istəyirdi, təmin edilib. Araik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Araikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Araik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəm”, - o bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026