• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Paşinyanın təhdid edilməsi başlanğıcdır: Rəflərdən köhnə üsullar, planlar yenidən götürülür

GÜNDƏM

07 Noyabr 2023 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyanın təhdid edilməsi başlanğıcdır: Rəflərdən köhnə üsullar, planlar yenidən götürülür

Erməni terror qruplaşması ASALA-nın İrəvan hakimiyyətini təhdid etdiyinə dair görüntülər yayılıb. Videoda Ermənistan və keçmiş qondarma rejimin “bayrağı” qarşısında dayanan 3 maskalı şəxsin Paşinyan hakimiyyətini təhdid etdiyi əks olunub.

Görüntülərdə İrəvanda hakimiyyət çevrilişinin ediləcəyinə dair fikirlər səsləndirilib. Videonun ASALA qruplaşmasına aid olduğu iddia edilsə də, terror təşkilatı daha sonra açıqlama yayaraq bunun saxta olduğunu bildirib. Terror təşkilatının açıqlamasında videonun özlərinə aid olmadığı, Ermənistanın hazırda çətin günlərdən keçdiyi və bunu başa düşdükləri bildirilib.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, terrorçu erməni toplumunun nifrət hissi axırda özlərini məhv edəcək.

Analitik vurğulayıb ki, bu xəstəlik erməniləri içdən yeyəcək. Onun sözlərinə görə, öz silahları özlərini vuracaq: “ASALA terror təşkilatının Nikol Paşinyanı yarıtmaz siyasəti nəticəsində erməni toplumunun "arzularını" əllərindən aldığına görə, hədələməsi normaldır. ASALA və bütün erməniçilik başa düşür ki, onlar üçün proseslər başa qayıdır. Bu, bütün "erməni məsələsi" üzərindən fəaliyyət göstərən dairələrin problemidir”.

Müsahibimizə görə, arxivə getmiş belə təşkilatların yenidən dirçəldilməsi onu göstərir ki, ermənipərəst dairələr ciddi narahatdır. Rəflərdən köhnə üsullar, planlar yenidən götürülür və tətbiqi planlaşdırır.

Azər Qasımov: Terrorçu erməni toplumunun nifrət hissi axırda özlərini məhv edəcək

Ekspert vurğulayıb ki, Paşinyanın təhdid edilməsi başlanğıcdır: "ASALA kimi terror təşkilatları Qərb dairələrinin layihələri olduğu üçün Paşinyan təhlükə altında deyil. Özünü ASALA-nın üzvü kimi qələmə verən bir neçə nəfərin video-lentini tez-tələsik ASALA-nın təkzib etməsi də bunu göstərir. Hesab edirəm ki, ASALA-ya Paşinyanın yox olması sərf etmir. Paşinyan məğlub rəhbər də olsa, sönməkdə olan erməni terrorizmini yenidən alovlandıran, ruhlandıran rəhbəridir. Bu, terrorçuların gəlir qaynağıdır. İndi onların "dövranı"dır. Paşinyan onların ölmüş ruhlarını öz məğlub siyasəti ilə yenidən onlara qaytarıb".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026