• Bakı 13° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Blinkenin Əliyevə zəngi:  Vaşinqtonun Bakı ilə əlaqə qurması bir sıra amillərdən xəbər verir

GÜNDƏM

28 Noyabr 2023 | 15:18

Blinkenin Əliyevə zəngi:  Vaşinqtonun Bakı ilə əlaqə qurması bir sıra amillərdən xəbər verir

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az-ın məlunatına görə, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Prezident həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Millət vəkili Asim Mollazadə Bakıvaztı.az-a açıqlamasında deyib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng etməsi, rəsmi Bakı ilə əlaqə qurması bir sıra amillərdən xəbər verir.

Deputatın sözlərinə görə, görünür, rəsmi Vaşintqon Azərbaycanla münasibətləri hansı dairələrin nə məqsədlə pozduğunu dərk etməyə başlayır: "ABŞ rəsmiləri anladılar ki, dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər birbaşa erməni lobbisinin təsiri ilə həyata keçirilib. Ceyms O’Brayn erməni diasporunun istəklərinə uyğun davranıb. Bu da ABŞ-nin özünün milli təhlükəsizlik maraqlarına ziddi olan addımdır. Bunu dərk etdikləri üçün vəziyyəti dəyişməyə çalışırlar”.

Asim Mollazadə: Rəsmi Vaşinqton ABŞ-Azərbaycan arasında münasibətlərin bərpasında maraqlıdır

Müsahibimiz hesab edir ki, ona görə də ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi reallaşıb.

“Blinken də ABŞ-Azərbaycan arasında münasibətlərin bərpasında maraqlı olduqlarını dedi. O’Braynın səfərindən sonra ən azından erməni diasporuna xidmət edən addımlara son qoyulmalıdır", - deyə Asim Mollazadə qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

09 Noyabr 2024