• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sülh danışıqları niyə yubanır? Azərbaycan Ermənistandan real addımlar gözləyir

Gündəm

29 Noyabr 2023 | 16:24

Sülh danışıqları niyə yubanır? Azərbaycan Ermənistandan real addımlar gözləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Kreml rəsmisi məsələ ilə bağlı İrəvandan müsbət siqnallar aldığını bildirib: “Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, bunun üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcək”.

Qeyd edək ki, Uşakov bir qədər əvvəl Paşinyanın sözügedən görüşlərdə iştirakının müəmmalı olduğunu demişdi.

Millət vəkili Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın verdiyi açıqlamalar absurddan və yalandan başqa bir şey deyil.

Deputatın sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbədən sonra Ermənistana ilk sülh əlini uzadan tərəfdir və bütün görüşlərdə Azərbaycan öz şərtlərini açıq şəkildə ortaya qoyub. Sülhün əldə olunması üçün bütün mümkün variantları səfərbər edib. Kimin moderator olmasından asılı olmayaraq, Azərbaycan bütün görüşlərdə sülhün əldə olunması üçün mümkün variantları nəzərdən keçirib və Ermənistanın real addımlar atmasını gözləyib. Ermənistan isə real addımlar atmaqdan çəkinib və prosesə töhfə verməyib: “Əksinə, sülhə yaxınlaşma mərhələsində Ermənistanın təxribatlarını görmüşük. Bu da istər-istəməz sülh prosesini uzadıb. Xüsusilə, sülh müqaviləsinin ən sonuncu variantının cavablandırılması Ermənistan tərəfindən uzadılıb. Bu baxımdan Simonyanın məhz Azərbaycan tərəfini sülhün əldə olunmamasında günahlandırması absurddur".

Naqif Həmzəyev: Simonyanın Azərbaycan tərəfini sülhün əldə olunmamasında günahlandırması absurddur

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın özü ilk növbədə bütün öhdəliklərini yerinə yetirməlidir: "Ermənistan Azərbaycanın işğal altında olan 8 kəndini qaytarmalıdır. Naxçıvanla Zəngilan arasında kommunikasiyanın işə düşməsi təmin edilməlidir. Ermənistan Qarabağ və Şərqi Zəngəzurda dağıtdığı, viran qoyduğu ərazilərimizə, vəhşi cinayətlərə görə hesabat verməli, təzminat ödəməlidir. Bütün bunlar Ermənistanın öhdəliyidir. Ermənistan azərbaycanlılara qarşı cinayətlərini bu cür yalan bəyanatlarla ört-basdır etməməlidir. Ən qısa zamanda reallıqları dərk etməli, öhdəliklərini yerinə yetirməli və sülhün əldə olunması üçün əməli addım atmalıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024