• Bakı 17° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Delimitasiya görüşündən nə gözlənilir?

GÜNDƏM

30 Noyabr 2023 | 12:56

Delimitasiya görüşündən nə gözlənilir?

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini Baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mger Qriqoryan təmsil edir.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında birbaşa sülh danışıqlarının həyata keçirilməsini yüksək qiymətləndirib.

Ekspertin sözlərinə görə, rəsmi İrəvan da qəbul edir ki, bölgəyə geopolitik güclərin təsirləri bölgə dövlətlərinin maraqlarına uyğun deyil: "Azərbaycanın Ermənistana görüşlə bağlı təklifinin qəbul edilməsi də bunu göstərirdi. Bu problemldən qaçmağın yeganə yolu birbaşa danışıqlardır. Artıq hamıya aydındır ki, vasitəçilərin çoxluğu və maraqların sərt toqquşması bölgədə davamlı sülhə imkan vermir”.

Müsahibimiz görüşdən sonra erməni tərəfinin mövcud regional və beynəlxalq şərtləri hansı dərəcədə dərk və qəbul etməsinin daha da aydınlaşacağını düşünür. Hesab edir ki, Azərbaycan görüşdə hər iki tərəf üçün mühüm maraq kəsb edən sərhədlər və Zəngəzur koridoru ilə kifayətlənməməlidir.

Həsrət Rüstəmov: Azərbaycan hər iki tərəf üçün mühüm maraq kəsb edən sərhədlərlə kifayətlənməməlidir

“Eyni zamanda bölgəyə müxtəlif adlar altında soxulmuş və ya soxulmağa cəhd edən kənar güclərin kənarda saxlanması ilə bağlı məsələni də gündəmə gətirməlidir", - deyə Həsrət Rüstəmov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 Oktyabr 2024